Yuxarı
    Bağlamaq

    İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib

    Dövlət başçısı bu dəhşətli terror aktından son dərəcə hiddətləndiyini bildirib

    Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Kabildə baş verən və 80 nəfərin ölümünə səbəb olan terror aktı ilə bağlı əfqan həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlı məktubu ünvanlayıb.

    "Report" xəbər verir ki, dövlət başçısı məktubunda bu dəhşətli terror aktından son dərəcə hiddətləndiyini, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasının vacib və zəruri olduğunu bildirib.

    "Hörmətli cənab prezident, ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanların həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.

    Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi