İlham Əliyev Burundi prezidenti və Kanada general qubernatorunu təbrik edib

İlham Əliyev Burundi prezidenti və Kanada general qubernatorunu təbrik edib Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Jüli Peyetə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
30 İyun , 2018 18:30
İlham Əliyev Burundi prezidenti və Kanada general qubernatorunu təbrik edib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Jüli Peyetə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, dövlət başçısı məktubunda bildirib:

"Hörmətli xanım General-Qubernator, Milli bayramınız – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə və dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı eyni zamanda Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizanı da təbrik edib.

İlham Əliyev məktubunda bildirib:

"Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm".

Son xəbərlər

Orphus sistemi