İlham Əliyev bir sıra ölkələrin prezidentlərinə təbrik məktubu göndərib

İlham Əliyev bir sıra ölkələrin prezidentlərinə təbrik məktubu göndərib Prezident Xorvatiya, Sloveniya, Mozambik və Cibuti xalqlarını təbrik edib
Xarici siyasət
24 İyun , 2017 18:46
İlham Əliyev bir sıra ölkələrin prezidentlərinə təbrik məktubu göndərib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ölkələrin dövlət başçılarına təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, Xorvatiya, Sloveniya, Mozambik və Cibuti prezidentlərinə ünvanlanan məktublarda bu ölkələrin müvafiq olaraq Dövlətçilik və Müstəqillik günü bayramları təbrik edilib.

Prezident İlham Əliyev sözügedən ölkə rəhbərlərinə və xalqlarına səmimi təbriklərini yetirib. Azərbaycanla bu ölkələr arasında ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini qeyd edən dövlət başçısı, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrin, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığın bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəyinə ümidvaram olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi