Yuxarı
    Bağlamaq

    İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb

    Görüşdə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirilib

    Bakı. 01 sentyabr. REPORT.AZ/ Bu gün dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüblər.

    "Report" xəbər verir ki, görüşdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirilib.

    Bakı Şahmat Olimpiadasında rekord sayda iştirakçı ölkənin təmsil olunmasının önəmi vurğulanıbı. FIDE ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub. Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb, şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər məmnunluqla qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi