İlham Əliyev: "Azərbaycanda radikal islamçılığın yayılması ilə bağlı heç bir potensial təhlükə yoxdur"

İlham Əliyev: "Azərbaycanda radikal islamçılığın yayılması ilə bağlı heç bir potensial təhlükə yoxdur" "Cəmiyyətimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də müstəqilliyimizin möhkəmlənməsi ideyası ətrafında birləşib"
Xarici siyasət
18 Oktyabr , 2016 15:48
İlham Əliyev: Azərbaycanda radikal islamçılığın yayılması ilə bağlı heç bir potensial təhlükə yoxdur

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda radikal islamçılığın yayılması ilə bağlı heç bir potensial risklər və təhlükə yoxdur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində deyib.

"Ölkə daxilində bu baxımdan heç bir təhlükə yoxdur. Bizim cəmiyyət milli ideya ətrafında birləşib. Bu, dəyərlərimizin prioriteti, multikulturalizmin təşviq ilə əlaqədardır. Yeri gəlmişkən, bu il Azərbaycanda Multikulturalizm ili elan olunub. Cəmiyyətimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də müstəqilliyimizin möhkəmlənməsi ideyası, eləcə də bütün iqtisadi və sosial məsələlərin həlli ətrafında birləşib. Buna görə də burada radikallar üçün heç bir imkan yoxdur: nə iqtisadi, nə də sosial" - Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün dövlət qarşısında duran əsas vəzifə xarici mənfi, o cümlədən dini ekstremizmlə bağlı təsirdən özünü qorumaqdan ibarətdir.

"Cəmiyyətimiz həm milli, həm mənəvi, həm də dini köklərinə dərindən bağlıdır. Biz müqəddəs yerləri ziyarət edir və bu məsələyə çox qayğıyla yanaşırıq. Lakin eyni zamanda, cəmiyyətimiz dünyəvi, müasirdir. Hesab edirəm ki, Azərbaycanın timsalında müasir dünyəvi müsəlman dövləti nümunəsi hələ lazımınca tədqiq edilməyib, bu, bir çox ölkələr üçün yaxşı nümunə ola bilər. Buna görə də radikalizmlə mübarizə baxımından bizim üçün əsas məsələ mövcud xarici fiziki və informasiya təhdidlərindən özümüzü qorumaqdır" - İlham Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi