İlham Əliyev: "Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir"

İlham Əliyev: "Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir" Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Xarici siyasət
10 İyul , 2018 04:54
İlham Əliyev: Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Bakı. 10 iyul. REPORT.AZ/ "Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkənin xarici siyasətindən danışan Prezident bu ilin altı ayında bu sahədə böyük işlər görüldüyünü qeyd edib:

"Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olub. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir.

Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir".

Son xəbərlər

Orphus sistemi