İƏT-in növbəti sammiti martın 1-də Pakistanda keçiriləcək

İƏT-in növbəti sammiti martın 1-də Pakistanda keçiriləcək Bundan əvvəlki sammit 2012-ci ildə Bakıda keçirilib
Xarici siyasət
24 Yanvar , 2017 10:16
İƏT-in növbəti sammiti martın 1-də Pakistanda keçiriləcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Pakistan mart ayının 1-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammitinə ev sahibliyi edəcək.

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Bundan əvvəlki İƏT sammiti 2012-ci ildə Bakıda keçirilib.

Qeyd edək ki, təşkilat üzvləri Azərbaycan, İran, Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

İƏT - 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış Avrasiya siyasi və iqtisadi hökumətlərarası təşkilatıdır. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Təşkilatın məqsədi ticarət və investisiya imkanlarının inkişaf və stimullaşdırılmasının təkmilləşdirilməsi yollarını müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi