Bakı. 25 avqust. REPORT.AZ/ İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Azərbaycana gəlib.
Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə,
Bakıya səfəri çərçivəsində İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İƏT rəhbərinin səfəri bu gün axşam başa çatacaq.