I Avropa Oyunlarını izləmək üçün Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb

I Avropa Oyunlarını izləmək üçün Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb Onların sayı 28 mindən artıq olub
Xarici siyasət
1 İyul , 2015 14:14
I Avropa Oyunlarını izləmək üçün Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ I Avropa Oyunlarını izləmək üçün Azərbaycana səfər edən əcnəbilərin sayı 28 min nəfərdən artıq olub. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, I Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəyə səfər edən əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

Son xəbərlər

Orphus sistemi