Hulusi Akar: "Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik"

Hulusi Akar: "Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik" “Başda Azərbaycan və Liviya olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməkdə davam edəcəyik”.
Xarici siyasət
2 May , 2023 14:03
Hulusi Akar: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik

“Başda Azərbaycan və Liviya olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməkdə davam edəcəyik”.

“Report” “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, indi hakimiyyət həm fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qalxmasına çalışır, həm də ölkənin sərhəd təhlükəsizliyini təmin edir: “Biz relyef və iqlim şəraitindən asılı olmayaraq terrorla mübarizəmizi davam etdiririk. Bununla yanaşı, həm də “Taxıl sazişi” kimi təşəbbüslərlə regional və qlobal sülhə töhfə veririk. Bu fəaliyyətlərimizi davam etdirmək istəyirik”.

H.Akar söyləyib ki, milli müdafiə sənayesindəki mövcud imkanlar nəticəsində Türkiyə dünya orduları sırasında sayılıb-seçilən mövqeyə sahibdir: “Biz Türkiyə əsrində müdafiə sənayesi sahəsindəki imkanlarımızı daha da genişləndirmək istəyirik. Müdafiə və təhlükəsizlik sahəsində görülən hər iş Türkiyənin qlobal siyasi aktor kimi gücünü göstərir”.

Nazir xatırladıb ki, Türkiyənin müdafiə sənayesinin 80 faizi artıq yerli istehsaldır: “Mövcud resurslar Türkiyə Silahlı Qüvvələrinin ehtiyacını təmin etməklə, qardaş və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını da ödəməyə qadirdir”.

Son xəbərlər

Orphus sistemi