ABŞ-ın Texas ştatınının Houston Universitetinin professor və tələbə heyətinin Ermənistan-Azərbaycan münasibətləri barədə sualları cavablandırılıb.
Bu barədə “Report”a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 41-ci "CERAWeek" Enerji konfransinda iştirak etmək məqsədilə Texas ştatına etdiyi səfəri çərçivəsində Houston Universitetində "Regional Təhlükəsizlik Problemləri: Əməkdaşlıq Perspektivləri və İqtisadi Potensial" mövzusunda çıxış edib.
Universitetin professor və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın yerləşdiyi region, onun regional və qlobal sülhün təmin olunmasına verdiyi töhfələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və hazırki vəziyyət, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə münasibətlərin qurulması və onların reinteqrasiyası istiqamətində görülən işlər, eyni zamanda Azərbaycanın ümumiyyətlə qonşuları ilə münasibətlərinin vəziyyəti ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılıb.