Hindistan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Xarici siyasət
  • 03 iyul, 2023
  • 07:54
Hindistan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Bakıya səfərə gələcək.

Bu barədə "Report"a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.