Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib

Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib Bununla bağlı Hindistan xarici işlər nazirin müavini başsağlığı məktubu ünvanlayıb
Xarici siyasət
10 Dekabr , 2015 20:47
Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib

Bakı. 10 dekabr. REPORT.AZ/ Hindistan hökuməti "Günəşli" neft yatağındakı yanğın nəticəsində baş vermiş insan itkisi ilə bağlı Azərbaycan höküməti və xalqına başsağlığı bildirib.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, bununla əlaqədar Hindistan xarici işlər nazirinin müavini Navtej Sarnan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova başsağlığı məktub ünvanlayıb.

"Biz Hindistan höküməti və xalqı adından Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı diləyirik. Bu ağır zamanda bizim dua və düşüncələrimiz həlak olanların ailəsilə birlikdədir”, - məktubda deyilir.

Son xəbərlər

Orphus sistemi