XİN: "Səfirlik Almaniyada Azərbaycan miqrantlarının yaşadığı düşərgənin yandırılması məsələsini araşdırır"

XİN: "Səfirlik Almaniyada Azərbaycan miqrantlarının yaşadığı düşərgənin yandırılması məsələsini araşdırır" Hikmət Hacıyev: "XİN-in təlimatı əsasında səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır"
Xarici siyasət
21 Avqust , 2015 19:42
XİN: Səfirlik Almaniyada Azərbaycan miqrantlarının yaşadığı düşərgənin yandırılması məsələsini araşdırır

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyada Azərbaycandan olan miqrantların yaşadığı düşərgənin yandırılması ilə əlaqədar məsələyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, məsələ Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin diqqətindədir.

"XİN-in təlimatı əsasında səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır", - o deyib.

Qeyd edək ki, hadisə Bavariya əyalətinin Noyştad-Valdnabe rayonunda baş verib. Naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.

Son xəbərlər

Orphus sistemi