Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib

Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.
Xarici siyasət
19 Dekabr , 2023 20:41
Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində məlumat verib.

“Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb”, - səfirin paylaşımında yazılıb.

E.Süleymanov, həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi