Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"
Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil.
"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil".
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda yer alıb.
“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil”, - paylaşımda qeyd olunub.
Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh…