Hikmət Hacıyev israilli diplomatlarla müzakirələr aparıb
Hikmət Hacıyev israilli diplomatlarla müzakirələr aparıbAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, sə
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkan ilə görüşüb.
“Report” xəbər verir ki, H.Hacıyev bu barədə tviterdə paylaşım edib:
“Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”.
H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.
Pleased to welcome at historical Nobel House and to have broad discussion with @AlizaBinNoun Pol Director at @IsraelMFA, @yzarka on bilateral partnership btw our countries,regional issues of mutual concern.Opening of Azerbaijan's Embassy in will boost further our cooperation. pic.twitter.com/umOl9xnLfo