Prezidentin köməkçisi Britaniya Baş nazirinin müşaviri ilə görüşüb
Prezidentin köməkçisi Britaniya Baş nazirinin müşaviri ilə görüşübAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında paylaşım edib.
“Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də genişspektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutdu”, - paylaşımda deyilir.
A very productive & lively conversation between @HikmetHajiyev & U.K. National Security Adviser Sir Tim Barrow on the excellent bilateral relations, as well as a wide range of regional issues, including progress on Azerbaijan-Armenia relations & upcoming #COP29 in Azerbaijan pic.twitter.com/0lJ5tyxKx2