Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşübAzərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
“Report” xəbər verir ki, H.Hacıyev bu barədə “X”dəki hesabında yazıb.
"Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə olunub. Biz həmçinin regionda sülhün inkişafı və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.
At the @WhiteHouse had a very substantive meeting with Jake Sullivan, National Security Advisor of the President of the United States, and we reviewed bilateral cooperation between our countries and prospects of further development of our relations. Also, discussed regional and… pic.twitter.com/ucjuBjyiJW