Çinli heykəltəraş: Diplomatik münasibətlərimizin qurulmasının ildönümündə Nizaminin büstünü yaratmağa qərar verdim - VİDEO

Çinli heykəltəraş: Diplomatik münasibətlərimizin qurulmasının ildönümündə Nizaminin büstünü yaratmağa qərar verdim - VİDEO Bir çox insanlar məhdud maliyyə imkanları və qeyri-maddi resursları çərçivəsində abidələr yaradaraq ümumbəşəri dəyərlərə hörmətlərini formalaşdırırlar.
Xarici siyasət
23 aprel 2025 11:13
Çinli heykəltəraş: Diplomatik münasibətlərimizin qurulmasının ildönümündə Nizaminin büstünü yaratmağa qərar verdim - VİDEO

Bir çox insanlar məhdud maliyyə imkanları və qeyri-maddi resursları çərçivəsində abidələr yaradaraq ümumbəşəri dəyərlərə hörmətlərini formalaşdırırlar.

“Report”un Pekinə ezam olunmuş əməkdaşının məlumatına görə bu barədə jurnalistlərə Nizami Gəncəvinin büstünün müəllifi, çinli heykəltəraş Yuan Sikun bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunarkən, heykəltəraş Azərbaycanın ən nüfuzlu mədəniyyət xadimi - şair Nizami Gəncəvinin heykəlini yaratmalı olduğuna qərar verib.

"Nizami ilə Çin şairi Su Dunpo (1037-1101) arasında fərq 104 ildir, lakin onların düşüncələrində və hisslərində çox oxşar cəhətlər var. Nizami şeirləri sadəcə dolanışıq üçün deyil, inandığı ideallar naminə yazırdı. Bizim Su Dunpo da belə edirdi", - deyə heykəltəraş bildirib və əlavə edib ki, bu baxımdan onlar çox oxşardırlar.

"Bəşəriyyətin qabaqcıl ideyaları bir millət tərəfindən deyil, bütün bəşəriyyət üçün ümumi sərvət kimi yaradılır. Ona görə də Çaoyan parkında bu keçmiş müdriklərin büstlərini qoydum. Mən istəyirəm ki, çinli uşaqlar bilsinlər ki, dünyadakı qabaqcıl ideyalar bir millətin sərvəti deyil, onlar ümumidir və bu müdriklərdən səylə öyrənmək lazımdır", - deyə o bildirib.

Heykəltəraşın sözlərinə görə, 2021-ci il fevralın 5-də Prezident İlham Əliyev onu Azərbaycan və Çin arasında mədəni mübadilə və inkişafa töhfəsinə görə "Dostluq" ordeni ilə təltif etmək haqqında fərman imzalayıb.

"Mən Azərbaycanın "Dostluq" ordenini alan ilk çinli oldum və mən öz sənətimlə Çin və Azərbaycan arasında mədəni mübadilələrin inkişafına fəal şəkildə töhfə verməyə davam edəcəyəm", - Yuan Sikun bildirib.

Son xəbərlər

Orphus sistemi