Yuxarı

​Heydər Əsədov: "Rusiyaya qarşı Qərbin sanksiyaları Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyib"

İki ölkə arasında əməkdaşlıq daha da inkişaf edir

Bakı. 6 avqust. REPORT.AZ/ " Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalar Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyib".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq daha da inkişaf edir.

"Biz gömrük vasitəsilə, Kənd Təsərrüfatı nazirliyi xətti ilə, eləcə də digər strukturların köməyi ilə ixrac prosesini asanlaşdırmaq üçün müvafiq addımlar atırıq. Rusiya tərəfi də bu proseslərdə maraqlıdır" - nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi