Heydər Əliyevin xatirəsi Efiopiyada da anılıb

Heydər Əliyevin xatirəsi Efiopiyada da anılıb Tədbirdə baş nazirinin müşaviri də iştirak edib
Xarici siyasət
12 Dekabr , 2015 22:58
Heydər Əliyevin xatirəsi Efiopiyada da anılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfirliyində Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Elman Abdullayev Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri haqqında qonaqlara məlumat verib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanda səfərdə olan və Azərbaycan həqiqətləri, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə silsilə məqalələr dərc edən jurnalist Araya Getaço ölkəmizlə bağlı təəssüratlarını bölüşərək, Azərbaycanın dünyaya bir nümunə olduğunu və Azərbaycan xalqının ümummilli liderinə olan sevgisi və dərin hörməti barədə qonaqlara məlumat verib.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.

Tədbirdə Efiopiyanın baş nazirinin müşaviri Fasil Nahom, Efiopiya Diplomatik İnstitutunun direktoru, Efiopiyanın aparıcı mətbuat orqanlarının rəhbərləri, müxtəlif jurnalistlər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi