Heydər Əliyevin xatirəsi Almaniyada yad edilib - FOTO

Heydər Əliyevin xatirəsi Almaniyada yad edilib - FOTO Berlində ümummili liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Xarici siyasət
10 Dekabr , 2016 23:11
Heydər Əliyevin xatirəsi Almaniyada yad edilib - FOTO

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Almaniyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə respublikamızın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov ulu öndərin büstü önünə əklil qoyub, tədbir iştirakçıları Heydər Əliyevi bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Ramin Həsənov tədbirdə çıxış edib. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının tarixində istər sovet dönəmində, istərsə də müstəqillik illərində oynadığı müstəsna roldan danışıb. Səfir müstəqilliyimizin bərpa edilməsindən sonrakı ilk illərdə respublikanın üzləşdiyi problemlər və Ermənistanın ölkəmizə təcavüzü il əlaqədar yaşadığı çətin zamana toxunaraq vurğulayıb ki, məhz Heydər Əliyev uzaqgörənliyi sahəsində Azərbaycan xalqı siyasi hərc-mərclikdən yaxa qurtara və dövlətçiliyini qoruya bilib.

Səfir Heydər Əliyevin hakimiyyət illərinə nəzər salaraq, müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsi və iqtisadi inkişafın əsasının qoyulmasının məhz onun adı ilə bağlı olduğunu qeyd edib. R. Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda da uğurla davam etdirilən müstəqil siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda ulu öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi