Yuxarı

Heydər Əliyev Mərkəzi BMT-nin rəngi ilə işiqlandırılacaq

Aksiya Dünyanı BMT mavi rənginə boya Qlobal Kampaniyası çərçivəsində keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 24-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası Birləşmiş Millətlər Təşkilatının (BMT) 70-ci ildönümü münasibəti ilə BMT-nin mavi rəngi ilə işıqlandırılacaq.

"Report"un xəbərinə görə, bu barədə BMT-nin Bakı ofisi məlumat yayıb.

Dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə və binaların işıqlandırılacağı "Dünyanı BMT-nin mavi rənginə boya" qlobal kampaniyası Azərbaycanda BMT-nin Ölkədəki Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi