Yuxarı

Heydər Əliyev Fondunun prezidenti İranın Azərbaycandakı səfiri ilə görüşüb

Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Fondun prezidenti qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyib. O, ölkələrimiz arasında tarixi və mədəni bağlılıqdan danışıb. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi