Yuxarı

Henk Kamp: "Avropa Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir"

Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Azərbaycanın gənc sahibkarları ilə görüşüb

Bakı. 11 may. REPORT.AZ/ Bakıda səfərdə olan Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Henk Kamp Azərbaycanın gənc sahibkarları ilə görüşüb.

"Report" xəbər verir ki, görüş ADA Universitetində keçirilib.

Görüşdə H.Kamp Avropanın Şərq ölkələri, o cümlədən Avropa və Çin arasında keçid olan Azərbaycanla daha sıx əməkdaşlıq etməli olduğunu bildirib.

O, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan o, iqtisadiyyatının 70%-i kiçik və orta biznesin payına düşən Hollandiyanı nümunə göstərib.

Ardından hollandiyalı nazir Azərbaycan sahibkarlarının iki ölkə arasında əlaqələrin necə inkişaf etdirilə biləcəyinə dair fikirlərini dinləyib.

H.Kamp belə görüşlərin ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün hansı addımlar atılmasının lazım gəldiyini bilmək üçün vacib olduğunu da vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi