Yuxarı

Bakı sammitinin bəyannamə layihəsi: "Həll edilməyən münaqişələr bölgədə əməkdaşlığa böyük maneədir"

Layihədə tərəflər Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının vacibliyini etiraf ediblər

Bakı. 8 avqust. REPORT.AZ/ "Tərəflər regionda həll edilməyən münaqişələrin bölgədə əməkdaşlığa böyük mane olduğunu etiraf edirlər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannaməsinin layihəsində vurğulanıb.

Sənəddə münaqişələrin beynəlxalq hüquq normaları əsasında və danışıqlar yolu ilə həll edilməsi qeyd edilib.

Layihədə tərəflər Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini etiraf ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi