TDT-nin baş katibi Ankarada təşkilata üzv ölkələrin XİN başçılarının müavinləri ilə görüşüb - YENİLƏNİB

TDT-nin baş katibi Ankarada təşkilata üzv ölkələrin XİN başçılarının müavinləri ilə görüşüb - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.
Xarici siyasət
4 Oktyabr , 2024 17:12
TDT-nin baş katibi Ankarada təşkilata üzv ölkələrin XİN başçılarının müavinləri ilə görüşüb - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanəıçbek Ömüralıyev Ankarada təşkilatın xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrin 2-ci raundunda təşkilatın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmçinin TDT-nin Bişkekdə keçiriləcək Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.

“Biz birlikdə daha güclü türk dünyasını qurmaq üçün birliyimizi və öhdəliyimizi gücləndiririk”, - baş katib yazıb.

16:52

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edib.

Son xəbərlər

Orphus sistemi