Hakan Fidan Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün Brüsselə səfər edəcək

Hakan Fidan Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün Brüsselə səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinlə bağlı görüşlərdə iştirak etmək üçün mayın 26-da Brüsselə səfər edəcək.
Xarici siyasət
25 May , 2024 13:28
Hakan Fidan Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün Brüsselə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün mayın 26-da Brüsselə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yazıb.

Bildirilib ki, görüşlərdə Qəzzada son hadisələr və humanitar vəziyyət, həmçinin Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması istiqamətində görülən işlər müzakirə olunacaq.

Səfər çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi