Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ATƏT-in keçmiş Minsk Qrupu Azərbaycanı 30 il danışıqlara sövq edib: "Əslində, daha çox məsələnin uzanmasına çalışıb. Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Bundan sonra 3+2 formatı gündəmə gəldi. Altılıq platforması ilə bağlı Gürcüstana təklif hələ ki açıq qalır.