Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri: “Azərbaycan ilə əlaqələrimiz yüksək səviyyədədir”

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri: “Azərbaycan ilə əlaqələrimiz yüksək səviyyədədir” Mixail Georqadze: "İki ölkənin mədəniyyət nazirlikləri bir sıra layihələr hazırlayıb"
Xarici siyasət
5 Aprel , 2017 21:16
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri: “Azərbaycan ilə əlaqələrimiz yüksək səviyyədədir”
Foto: "Report"

Tbilisi. 5 aprel. REPORT.AZ/ "Azərbaycan bizə yaxın qonşu, ən başlıcası isə dost və qardaş ölkədir. Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrimiz inkişaf edir".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Georqadze deyib.

Nazir bildirib ki, Azərbaycanın və Gürcüstanın mədəniyyət nazirlikləri bir sıra layihələr hazırlayıb. Son illər iki ölkənin musiqi kollektivləri qarşılıqlı səfərlər həyata keçirir, maraqlı konsert proqramları ilə çıxış edirlər.

M.Georqadze deyib: “Hazırda Tbilisi Konservatoriyasının tələbələri Azərbaycanda səfərdədirlər. Onlar Bakıda azərbaycanlı tələbələrlə birgə maraqlı proqramlarla çıxış edəcəklər. Azərbaycan Milli Konservatoriyasının tələbələri də yaxın vaxtlarda Gürcüstana səfər edəcəklər. Düşünürəm ki, azərbaycanlı tələbələrin Gürcüstan paytaxtında təqdim edəcəkləri musiqi nömrələri gürcü ictimaiyyətinin xoşuna gələcək. Biz də onlara lazımi dəstəyi göstərəcək, konsert vermələri üçün şərait yaradacağıq”.

Son xəbərlər

Orphus sistemi