Gürcüstanın elm adamları Azərbaycanın işğaldan azad edilən ərazilərinə dəvət olunub

Gürcüstanın elm adamları Azərbaycanın işğaldan azad edilən ərazilərinə dəvət olunub O, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün bölgə üçün yeni reallıqlar yaratdığını qeyd edib
Xarici siyasət
17 Mart , 2021 18:51
Gürcüstanın elm adamları Azərbaycanın işğaldan azad edilən ərazilərinə dəvət olunub
Faiq Quliyev

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın elm xadimlərini Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərə dəvət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu təkliflə diplomat Gürcüstanın Milli Elmlər Akademiyasında keçirilən görüşdə çıxış edib.

Səfirin sözlərinə görə, gürcü alimlərin həmin ərazilərə səfəri işğal nəticəsində dəymiş zərərin hesablanması və bərpa prosesində Azərbaycanın təcrübəsi ilə tanış olmaq baxımından məhsuldar ola bilər: “Bu cür səfər Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi üzrə mövqelərin birliyinin ifadəsinin bariz nümunəsi olardı”.

F.Quliyev bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Gürcüstan ictimaiyyətinin dəstəyi hiss olunub: “Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə bütün səviyyələrdə qəti dəstəyini hər zaman nümayiş etdirir və bu mövqe dəyişməz və davamlı olaraq qalır”.

O, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün bölgə üçün yeni reallıqlar yaratdığını qeyd edib: “Cənubi Qafqaz regionunun qarşısında sülh və inkişaf üçün perspektivlər açılıb. Bu şəraitdə Azərbaycan və Gücüstan arasında strateji tərəfdaşlıq modeli nümunəsinin bölgə üçün əhəmiyyəti artır. Əminəm ki, yeni reallıqlar çərçivəsində birgə əməkdaşlığımızı inkişaf etdirməklə daha böyük uğurlara nail ola bilərik”.

Son xəbərlər

Orphus sistemi