Gürcüstanın baş naziri: "Bu gün Azərbaycan inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir"

Gürcüstanın baş naziri: "Bu gün Azərbaycan inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir" Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
4 İyun , 2019 18:08
Gürcüstanın baş naziri: Bu gün Azərbaycan inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir

Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Respublika Günü münasibətilə Sizi Gürcüstan hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı müstəqillik yolunda çoxlu çətinliklərdən keçdi. Bu gün Azərbaycan Respublikası inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir.

Gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri və səmərəli əməkdaşlıq uzun əsrlər boyu davam etməkdədir. Biz bu gün də dostluq əlaqələrini birlikdə möhkəmləndirməyə və uğurlu strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bu isə xalqlarımızın tərəqqisi və əmin-amanlığı üçün bir zəmindir. Azərbaycanın sabitliyi və inkişafı Gürcüstan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından olduqca vacibdir.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına əmin-amanlıq, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram".

Son xəbərlər

Orphus sistemi