​Gürcüstanın baş naziri "Bakı-2015"in açılış mərasiminə dəvət olunub

​Gürcüstanın baş naziri "Bakı-2015"in açılış mərasiminə dəvət olunub Tbilisidə Elmar Məmmədyarovla İrakli Qaribaşvili arasında görüş keçirilib
Xarici siyasət
19 Fevral , 2015 18:27
​Gürcüstanın baş naziri Bakı-2015in açılış mərasiminə dəvət olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən "Report"a məlumat verilib.

Görüş zamanı baş nazir İrakli Qaribaşvili iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib. Baş nazir həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd edib.

Nazir Elmar Məmmədyarov strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin iki ölkənin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş nazir İrakli Qaribaşvili reallaşmış enerji və nəqliyyat layihələrində olduğu kimi, TANAP və TAP layihələrində də Gürcüstanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstanın qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.

Elmar Məmmədyarov iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün baş nazir İrakli Qaribaşvilini Azərbaycana dəvət edib.

Baş nazir İrakli Qaribaşvili böyük məmnuniyyətlə dəvəti qəbul etdiyini bildirib.  

Son xəbərlər

Orphus sistemi