Qaribaşvili: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün intensiv dialoq aparılır”

Qaribaşvili: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün intensiv dialoq aparılır” Gürcüstanın bölgədə tarazlı siyasət aparması üçün sülh və sabitlik əsas, ilkin şərtdir.
Xarici siyasət
8 İyun , 2021 18:20
Qaribaşvili: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün intensiv dialoq aparılır”
İrakli Qaribaşvili

Gürcüstanın bölgədə tarazlı siyasət aparması üçün sülh və sabitlik əsas, ilkin şərtdir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının icrasına dair hesabatında bildirilib.

Parlamentə təqdim olunan sənəddə Qarabağda baş vermiş son müharibənin region üçün ciddi çətinliklər yaratdığı, hərbi əməliyyatların eskalasiyası dövründə Gürcüstan hökumətinin balanslı siyasət yürütdüyü və humanitar yüklərin tranzitinə şərait yaratdığı qeyd edilib.

Hesabatda deyilir ki, Gürcüstan qonşu ölkələr – Türkiyə, Azərbaycan və Ermənistanla iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün intensiv dialoq aparır.

Gürcüstanın qlobal pandemiya şəraitində yaranan çətinliklərin öhdəsindən gəlməsi məqsədilə qonşu ölkələrlə fəal əməkdaşlıq etdiyi vurğulanıb.

Qeyd edək ki, 151 səhifəlik hesabat 2020-ci ilin iyunundan bu ilin mayına qədər olan dövrü əhatə edir. Hökumət başçısı sənədi gələn ay qanunverici orqanda təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi