Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib Onu Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
30 Oktyabr , 2017 12:21
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi