Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə əməkdaşlığın prioritet sahələrini müzakirə edib

Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə əməkdaşlığın prioritet sahələrini müzakirə edib Giorgi Kvirikaşvili Azərbaycan və Gürcüstan arasında ənənəvi əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib
Xarici siyasət
1 Fevral , 2017 14:27
Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə əməkdaşlığın prioritet sahələrini müzakirə edib

Bakı. 1 fevral. REPORT.AZ/ Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın bu ölkədəki yeni səfiri Dursun Həsənovu qəbul edib və onunla əməkdaşlığın prioritet sahələri ilə bağlı müzakirə aparıb.

Bu barədə "Report" Gürcüstan hökumətinin saytına istinadən xəbər verir.

"Görüşdə tərəflər iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin əsas məsələlərini və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər", - məlumatda deyilir.

Gürcüstan hökumətinin başçısı G.Kvirikaşvili Azərbaycan diplomatına gələcək fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Gürcüstan arasında ənənəvi əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi