Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq

Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçiriləcək.
Xarici siyasət
12 Yanvar , 2021 09:56
Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq
0 : 00
0 : 00

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcəklər və nəticələr yanvarın 14-də açıqlanacaq.

COVID-19 aşkarlanmayanlara Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar Vətənə dönə biləcəklər.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

Son xəbərlər

Orphus sistemi