Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb 

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 102 nəfər təşkil edir
Xarici siyasət
30 İyun , 2021 11:06
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb 

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 102 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin may ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azalıb. Onların 8-i ittiham olunan, 94-ü (3-ü yeniyetmə) məhkumdur.

Qonşu ölkədə probasiya nəzarətində saxlanılan əcnəbilərin 24-ü Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə bu say 2 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 2-si qadındır.

Gürcüstanda ümumilikdə 536 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzasına məhkum edilib, probasiya nəzarətində olan xarici ölkə vətəndaşlarının sayı isə 239-dur.

Son xəbərlər

Orphus sistemi