Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Günü qeyd edilib

Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Günü qeyd edilib Gürcüstanda 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub.
Xarici siyasət
15 İyun , 2022 10:59
Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Günü qeyd edilib

Gürcüstanda 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb.

Ziyarətdə hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, AZEBİ üzvləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

F.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mahiyyətcə ən mühüm günlərdən biridir: “1993-cü il iyunun 15-i Azərbaycan dövləti və xalqının gələcək taleyində mühüm başlanğıclardan biri kimi tarixə düşüb. Xalqın təkidi və xahişi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev xalqa arxalanaraq Azərbaycanın möhkəmlənməsində və tərəqqisində misilsiz xidmətlər göstərdi. Azərbaycan o tarixdən etibarən bütün sahələrdə böyük uğurlara imza atdı. Heydər Əliyev kursunun uğurlu davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə Azərbaycan qüdrətli və nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycan nəinki regionda, qlobal arenada da nüfuzlu və dayanıqlı dövlətdir”.

Bu gün həm də Şuşa Bəyannaməsinin imzalanmasından bir ilin ötdüyünü xatırladan səfir deyib ki, sənəd Azərbaycanın uğurla apardığı davamlı xarici siyasətin mühüm nəticəsidir.

Son xəbərlər

Orphus sistemi