Gürcüstanda rəyi soruşulanların 15 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.
Respondentlərin 60 %-i ABŞ-ı, 56 %-i Avropa İttifaqı, 32 %-i isə Ukraynanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı adlandırıb.
Türkiyəni ən mühüm siyasi tərəfdaş hesab edən sorğu iştirakçılarının göstəricisi 10 %, Ermənistanı ən mühüm siyasi tərəfdaş kimi görənlərin göstəricisi isə 5 % təşkil edib.
Rəyi soruşulanların 19 %-i Azərbaycanı Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşı kimi dəyərləndirib. Türkiyə ilə bağlı eyni göstərici 22 %, Ermənistanla bağlı isə 4 %-dir.
Sorğu bu ilin iyunun 15-dən 30-dək yaşı 18-dən yuxarı olan 1 500 respondent arasında üz-üzə müsahibə yolu ilə aparılıb.