Gürcüstan rəsmiləri: "Heydər Əliyev Gürcüstan-Azərbaycan münasibətlərinə böyük töhfə verib"

Gürcüstan rəsmiləri: "Heydər Əliyev Gürcüstan-Azərbaycan münasibətlərinə böyük töhfə verib" "Heydər Əliyev Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə böyük töhfə verib"
Xarici siyasət
8 Dekabr , 2021 12:35
Gürcüstan rəsmiləri: Heydər Əliyev Gürcüstan-Azərbaycan münasibətlərinə böyük töhfə verib

"Heydər Əliyev Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə böyük töhfə verib".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki dost ölkə arasında münasibətlər bu məcrada bu gün də davam edir.

Vitse-spiker Tbilisidə Heydər Əliyevə həsr olunan fotosərgidə iştirakdan böyük məmnunluq ifadə edib.

Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi öz növbəsində jurnalistlərə açıqlamasında Heydər Əliyevin Gürcüstana xüsusi dost münasibət bəslədiyini deyib. XİN rəsmisi qeyd edib ki, H.Əliyevin hakimiyyəti dövründə Gürcüstanla Azərbaycan arasında möhkəm münasibətlərin əsası qoyulub.

Son xəbərlər

Orphus sistemi