Gürcüstan Prezidenti Azərbaycan Baş naziri ilə strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib

Gürcüstan Prezidenti Azərbaycan Baş naziri ilə strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb.
Xarici siyasət
15 aprel 2025 19:38
Gürcüstan Prezidenti Azərbaycan Baş naziri ilə strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bildirilib ki, əsas diqqət ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsinə və birgə regional layihələrin inkişafına yönəlib. Xüsusilə Orta Dəhlizin əhəmiyyəti və yükdaşıma imkanlarının artırılması məsələləri vurğulanıb.

Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.

Kavelaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə Baş nazir Əli Əsədova təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi