​Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək

​Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək Marqelaşvili Bakıda prezident İlham Əliyevlə görüşəcək
Xarici siyasət
211
10 Mart , 2016 08:59
​Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək

Bakı. 10 mart. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının məlumatında bildirilir.

Məlumata görə, G.Marqvelaşvili Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinə müraciət edəcək.

Həmçinin bildirilir ki, prezident çıxışı zamanı regionda mövcud çağırışlar, Qərb və Şərq münasibətləri, regionda layihələr, Gürcüstanın investisiya yatırımı baxımından cəlbediciliyi və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi mövzularına diqqət yönəldəcək.

Gürcüstan prezidenti Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Həmçinin onun digər ölkə prezidentləri ilə də təkbətək görüşləri planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi