Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüş keçirib.
Xarici siyasət
4 İyun , 2021 23:54
Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüşüb.

Bu barədə “Report”un yerli bürosuna diplomatik nümayəndəlikdən məlumat verilib.

Görüşdə Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevin də qatıldığı görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilib.

Söhbət əsnasında həmçinin Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanıb, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilib.

Son xəbərlər

Orphus sistemi