Gürcüstan parlamentinin sədri və Türkiyə səfiri regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstan parlamentinin sədri və Türkiyə səfiri regiondakı vəziyyəti müzakirə ediblər Gürcüstan parlamentin sədri Arçil Talakvadze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.
Xarici siyasət
29 İyul , 2019 13:37
Gürcüstan parlamentinin sədri və Türkiyə səfiri regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstan parlamentin sədri Arçil Talakvadze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və Türkiyə arasında ələqalər, parlamentlərarası və ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

A.Talakvadze və F.C.Yazqan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Gürcüstanda biznes mühit və Türkiyə investisiyaları üçün imkanları da nəzərdən keçiriblər.

Görüşün əsas müzakirə mövzularından biri regiondakı vəziyyət və təhlükəsizliyə təhdidlər olub.

Səfir Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi