Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu formalaşdırılır
Xarici siyasət
- 15 fevral, 2021
- 12:54
Gürcüstanın X çağırış parlamentində Azərbaycanla dostluq qrupunun formalaşdırılması ilə bağlı məsləhətləşmələr başa çatdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın bu həftə keçiriləcək plenar iclasında dostluq qrupları barədə qərar layihəsi müzakirəyə çıxarılacaq.
Azərbaycanla dostluq qrupunun tərkibi və rəhbəri müzakirələr zamanı müəyyən ediləcək.
Spiker Arçil Talakvadze bildirib ki, tərəfdaş ölkələrin qanunverici orqanları Gürcüstan parlamenti ilə fəal əməkdaşlığa hazırdırlar. Onun sözlərinə görə, dostluq qruplarının konkret fəaliyyət planlarının olması böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, əvvəlki parlamentdə 62 deputatın təmsil olunduğu Azərbaycanla dostluq qrupuna vitse-spiker Kaxaber Kuçava rəhbərlik edib.
Son xəbərlər
08:29
Sançes Çini çoxqütblü dünyanın formalaşmasında fəal olmağa çağırıb
Digər ölkələr08:18
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:16
İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və "Green card"dan məhrum edilib
Digər ölkələr08:01
Video
Gədəbəy və Daşkəsənə qar yağıb - YENİLƏNİB
Ekologiya07:55
KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq
Region07:39
"Azadlıq Donanması" Qəzza zolağına doğru istiqamətlənib
Digər ölkələr07:20
ABŞ ordusu Hörmüz boğazını bloklamağa hazırlaşır
Digər ölkələr07:01
Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir
Digər ölkələr06:42