Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: "Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər"

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: "Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər" "Gəncə şəhərində terror törədənlər dünya qarşısında cavab verməlidirlər"
Xarici siyasət
23 May , 2022 11:37
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər

"Gəncə şəhərində terror törədənlər dünya qarşısında cavab verməlidirlər".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İğidov Gəncədə səfərdə olan zaman bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gəncə şəhərində olan R.İgidov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib, burada ermənilərin törətdiyi terror hadisəsinin dəhşətli olduğunu söyləyib.

"Burada, dinc sakinlərin yaşadığı bir şəhərdə vəhşilik törətmək yolverilməzdir. Burada gördüyümüz mənzərə ürəkaçmayandır. Döyüş bölgəsindən kənar bir yerə bombalar atıb, gecə yuxuda olan dinc sakinləri qətlə yetirmək düşmən vəhşiliyidir. Bu terroru törədənlər dünya qarşısında cavab verməlidirlər. Bütün dünya bu olaya səssiz qalmamalıdır, bunu törədənlər məsuliyyətə cəlb etməlidirlər", - R.İğidov bildirib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin bir qrup nümayəndələri Gəncə şəhərində səfərdədirlər.

Son xəbərlər

Orphus sistemi