Gürcüstan Azərbaycanın yürütdüyü xarici siyasətdən nümunə götürməlidir - RƏY

Gürcüstan Azərbaycanın yürütdüyü xarici siyasətdən nümunə götürməlidir - RƏY Gürcüstan Qərb ölkələrinin təzyiqlərinə qarşı mübarizədə Azərbaycanın yürütdüyü xarici siyasəti nümunə götürməlidir.
Xarici siyasət
24 Oktyabr , 2024 15:31
Gürcüstan Azərbaycanın yürütdüyü xarici siyasətdən nümunə götürməlidir - RƏY

Gürcüstan Qərb ölkələrinin təzyiqlərinə qarşı mübarizədə Azərbaycanın yürütdüyü xarici siyasəti nümunə götürməlidir.

Bunu “Report”a açıqlamasında Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Urfan Sərkərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Gürcüstan üçün "yol xəritəsi" olmalıdır:

“Azərbaycan vaxtilə müxtəlif formalarda Gürcüstanda hökm sürən siyasi problemləri yaşayıb. Hətta suverenliyimizi təzə bərpa etdiyimiz dönəmlərdə hərbi təhdidlərlə üzləşirdik. Əslində, Azərbaycana olan xarici təhdidlər Gürcüstanda baş verənlərdən daha böyük idi. Amma Prezident İlham Əliyev düzgün qərarlar qəbul edərək xarici qüvvələrin sosial, iqtisadi və milli-mənəvi dəyərlərimizə zərbə vurmaq istəyənlərə cavabını verib. Onun “sözümüz imzamızdır” ifadəsi hər şeyi ifadə edir. Düzdür, buna yenə cəhd edirlər. Amma mövcud vəziyyətdə buna nail ola bilmirlər. Nəinki Gürcüstan, bütün Cənubi Qafqaz ölkələri Prezident İlham Əliyevin xarici siyasətindən nümunə götürməlidirlər”.

Urfan Sərkərov
Urfan Sərkərov

Ekspert qərbpərəst qüvvələrin Cənubi Qafqazda sakitliyi pozmağa meyil etdiyini vurğulayıb:

“Hazırda Cənubi Qafqaz bütün böyük güclərin marağındadır. Onlar dövlətçilik anlayışının ortadan qaldırılması istiqamətində böyük ideoloji təbliğatlar aparırlar. Gürcüstana qarşı da bu hallar baş verir. Qərbpərəst qüvvələr Cənubi Qafqazda sabitliyin olmasını istəmirlər. Onların gün sonunda tək bir məqsədi var: dünya dövlətlərinin Azərbaycan kimi müstəqil xarici siyasət irəli sürməsinə mane olmaq. Həmin qüvvələr dövlətləri asılı hala salaraq öz iqtisadi və siyasi maraqlarını həyata keçirməyi düşünürlər”.

U.Sərkərov sözügedən məsələyə nümunə olaraq Ermənistandakı daxili və xarici siyasətdəki vəziyyəti diqqətə çatdırıb:

“Bildiyimiz kimi, Ermənistan hakimiyyəti bir sıra böyük güclərin təsirindədir. Bu gedişlə Ermənistan ikinci Suriyaya çevrilə bilər. Çünki böyük dövlətlərin təsirinə düşən hər bir ölkə ərazi bütövlüyünü itirməklə yanaşı, onların dəstəyi qarşılığında öz siyasi və iqtisadi, milli-mənəvi müstəqilliyini də itirir”

Ekspert Azərbaycanın Gürcüstanın bütün qərarlarına hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi