Gürcüstan Azərbaycanda seçki məntəqələri açacaq

Gürcüstan Azərbaycanda seçki məntəqələri açacaq Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda 3 seçki məntəqəsi yaradılacaq.
Xarici siyasət
1 Oktyabr , 2020 11:57
Gürcüstan Azərbaycanda seçki məntəqələri açacaq

Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda 3 seçki məntəqəsi yaradılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Qərara əsasən, 4, 5 və 6 saylı məntəqələr Gürcüstanın Azərbaycandakı səfirliyində açılacaq.

Səsvermə günü Gürcüstandan kənarda 38 ölkədə ümumilikdə 55 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi